Parkinson Xəstəliyi nədir? Parkinson xəstəliyi mərkəzi sinir sistemini təsir edən xroniki və proqressiv bir nevroloji pozğunluqdur. Beyində dopamin istehsal edən hüceyrələrin zədələnməsi nəticəsində hərəkətlərin idarəsi pozulur, bu da müxtəlif əlamətlərlə özünü göstərir.Klinikamızda Parkinson xəstəliyinin vaxtında aşkarlanması və fərdi yanaşma ilə müalicəsi həyata keçirilir.
Əsas əlamətlər hansılardır?
Parkinson xəstəliyinin ilkin əlamətləri aşağıdakılar ola bilər:
Əl və ayaqlarda istirahət zamanı titrəmə
Yavaş hərəkət və gündəlik fəaliyyətlərdə çətinlik
Əzələlərdə sərtlik və gərginlik
Tarazlığın pozulması, yıxılmalara meyillilik
Üz mimikalarının azalması, emosiyaların ifadə olunmasında zəiflik
Əgər bu simptomları özünüzdə və ya yaxınlarınızda müşahidə edirsinizsə, nevroloji müayinəyə yazılmaq tövsiyə olunur.