Klinikamız tibbin bütün yeniliklərini özündə cəmləyərək pasiyentlərinə yüksək səviyyədə tibbi xidmət göstərir. Ən son elmi-texniki yeniliklərin tətbiq olunduğu klinikada tibbin bir çox sahələri üzrə kompleks müayinə və müalicələr aparılır. Diaqnostika bölümündə kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, rentgen, ultrasəs - doppler müayinəsi, angioqrafiya, elektrokardioqrafiya, holter, exokardioqrafiya, tredmil test, ezofaqoqastroduedenoskopiya, kolonoskopiya, elektromioqrafiya, elektroensefaloqrafiya, endoskopik rinoskopiya, spirometriya və s. diaqnostik xidmətlər peşəkar mütəxəssislər tərəfindən aparılır. Həmçinin, müasir avadanlıqlarla təmin olunmuş laboratoriyada dəqiq və ən son texnologiyalar ilə ümumi, biokimyəvi, patohistoloji, mikrobioloji və digər bütün növ laborator müayinələr aparılır. Analizlərin təyini yüksək keyfiyyət və dəqiqliklə həyata keçirilir, nəticələr yüksək həssaslıqla ən qısa zamanda pasiyentlərə təqdim olunur.
Klinikamızda peşəkar həkim kollektivi tərəfindən fəaliyyət göstərilən sahələr:
Kardiologiya
Endokrinologiya
LOR
Urologiya
Oftalmologiya
Qastroenterologiya
Nevrologiya
Terapiya
Pediatriya
Andrologiya
Fizioterapiya və Reabilitasiya
Neyrocərrahiyyə
Ümumi cərrahiyyə
Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə
Ginekologiya
Bariatrik cərrahiyyə
İnvaziv Kardiologiya
Ortopediya-Travmatologiya
Dermatologiya və Kosmetologiya
Genetik Labaratoriya
Siz də öz sağlamlığınızı peşəkar həkim heyətimizə etibar edə bilərsiniz. Hər zaman sağlamlığınızın xidmətindəyik!