Metabolik sindrom nədir? Əlamətləri, səbəbləri və müalicəsi
Metabolik sindrom – ürək-damar xəstəlikləri, şəkərli diabet (tip 2 diabet) və insult riskini artıran bir sıra metabolik pozğunluqların birləşməsidir. Bu sindrom insanın maddələr mübadiləsinin düzgün işləməməsi ilə əlaqədardır və müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir.
Metabolik sindromun əsas əlamətləri
Metabolik sindrom diaqnozu adətən aşağıdakı göstəricilərdən ən azı üçü mövcud olduqda qoyulur:
Qarın piylənməsi (xüsusilə bel ətrafında yağ yığılması)
Yüksək qan təzyiqi (hipertoniya)
Qanda yüksək şəkər səviyyəsi
Pis xolesterin (LDL) səviyyəsinin artması
Yaxşı xolesterin (HDL) səviyyəsinin azalması
Trigliserdlərin yüksək olması
Metabolik sindromun yaranma səbəbləri
Metabolik sindromun yaranmasına təsir edən əsas amillər bunlardır: