İmmun sistemi nədir, İmmun sisteminin zəifləməsinə nələr səbəb ola bilər ?
İmmun sisteminin zəifləməsinə anadangəlmə xroniki xəstəliklər, infeksiyalar kimi dəyişdirilə bilməyən amillər, eyni zamanda həyat tərzi və qidalanmada edilən səhvlər də səbəb ola bilər. İmmunitet sisteminin zəifləməsinin ən əsas səbəblərindən biri az miqdarda və balanssız qidalanmaqdır. Normadan artıq karbohidratlarla zəngin, normadan az proteinli qidalar, artıq və az çəki əsas amillərdir. A, B, C, E, D vitaminləri, selenyum, dəmir, sink və karotinlər immunitet sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan birinin çatışmazlığı vücudumuzu xarici faktorlara qarşı həssas hala gətirir. Spirtli içki qəbulu, siqaret, radiasiyaya məruz qalma, probiotik çatışmazlığı, keyfiyyətsiz yuxu, yaxşı istirahət edə bilməmək, həddindən artıq stres yükü, tez-tez antibiotik istifadəsi immunitetin zəifləməsində rol oynayan əsas səbəblərdəndir.
Bir çox çatışmazlıq və xəstəlik immun sistemimizi zədələyə və ya poza bilər. Elə dərmanlar var ki, bədənimizin infeksiya ilə mübarizə aparmasını çətinləşdirir. Bəzi sağlamlıq problemləri immune sistemimizin sağlam hüceyrələrə hücum etməsinə və ya bizi zərərli mikroblardan qorunmasına mane ola bilər.
Allergiya: Bədənimiz zərərsiz bir maddəyə (qida və ya çiçək tozu kimi) həddindən artıq reaksiya göstərdiyi zaman, immun sistemi reaksiya verir. Bədənimiz allergiya simptomlarına səbəb olan histaminləri sərbəst buraxaraq allergiyanı qaldıran amillərlə mübarizə aparır. Allergik reaksiya yüngül (askırma və ya burun tıxanıqlığı) ilə şiddətli (tənəffüs problemləri və ölüm) arasında dəyişə bilər. Antihistaminik dərmanlar simptomları sakitləşdirməyə kömək edir.
Autoimmun xəstəliklər: Bu pozğunluqlar immun sistemi səhvən öz sağlam hüceyrələrə hücum etdikdə meydana gəlir. Qırmızı qurd eşənəyi, diabet, Hashimoto xəstəliyi və revmatoid artrit ümumi autoimmün xəstəliklərin nümunəsidir.
İnfeksiyalar: HİV və mononukleoz immun sistemini zəiflədən məşhur infeksiyalardır. Ciddi xəstəliklərə səbəb olur.
Xərçəng: Leykoz, limfoma və mielom kimi bəzi xərçəng növləri birbaşa immune sisteminə təsir edir.
Sepsis: Sepsis , vücudumuzun immunitet sisteminin bir infeksiyaya qarşı sərt reaksiyasıdır. Vücudumuzun infeksiyaya reaksiyası ümumi iltihablanmanı alovlandıra və orqan zədələnməsi, orqan çatışmazlığı və ölümlə nəticələnə biləcək hadisələrə səbəb ola bilər.
Dərmanlar: Kortikosteroidlər kimi bəzi dərmanlar immuniteti zəiflədə bilər. Məsələn orqan transplantasiyasından sonra insanlar immun sistemini aşağı salan dərmanlardan istifadə edirlər, çünki bu cür dərmanlar uğursuz nəqlin qarşısını alır. Lakin bu dərmanlar infeksiya və xəstəlik riskini də artırır.
İmmunitet bizi bir çox xəstliyə və infeksiyaya qarşı qoruyan müdaifə sistemidir . Bu sistemin pozulması bir çox funksiyaya təsir edə və xəstəliklərə yola aça bilər.
İmmun sistemimizin zəfi olduğunu necə anlaya bilərik? Zəif immunitetin əlamətləri nələrdir?
Dünyanın hər bir yanında insanlar koronavrusdan qorunmaq məqsədi ilə müxtəlif tədbirlər alırlar. Maska istifadə edilir, topluluqdan uzaqlaşır, sosial məsafəyə diqqət edir, təmizliyə xüsusi diqqət yetirirlər.
Diabet, hipertoniya, ürək-damar xəstəlikləri və tənəffüs problemləri kimi əvvəlcədən bəzi xəstəlikləri olan insanların Covid 19 infeksiyasına yoluxma riski yüksəkdir və yaşlandıqca immunitet sistemi zəifləyir. Bu səbəbdən immunitet sistemini gücləndirmək, Covid-19 epidemiyasından qorunmaq üçün həyata keçirilən digər tədbirlər qədər vacibdir. Bədənin müqavimətini artırmaq və sağlam həyat üçün immunitet sistemimizi gücləndirəcək qidalar istehlak etmək, normal yatmaq və idman etmək vacibdir.
Hər bir insanın havaya, suya, günəşə, yuxuya, hər cür balanslı qidaya ehtiyacı var və stresdən çəkinmək vacibdir. İmmunitet sistemi üçün ən vacib tələb oksigendir. Hipoksiya (toxumalarda oksigenin azalması) bütün sistemlərimiz üçün zərərlidir. Başqa sözlə, şəhərdə yaşamaq immun sistemini pozan bir amildir. Oksigenin vacib bir nümunəsi ateriosklerozla (damar tıxanıqlığı) əlaqədardır. Ateroskleroz eyni zamanda bir immun sistemi xəstəliyidir. Damar divarındakı mikrobsuz iltihabla başlayır. Oksigensiz bir mühit, zərərli yağların yığılmasına səbəb olur. Mümkün qədər oksigenlə zəngin mühitlərdə olmaq mikroblarla qarşılaşma tezliyini azaldır və möhkəm bir immuniteti təmin edir. Digər vacib amil yaxşı yuxudur. Çünki yatarkən serotonin ifraz olunur və bu hormon T- limfositləri adlandırdığımız xüsusi hüceyrələrimizin bir qrupunun daha yaxşı fəaliyyətinə şərait yaradır. Günəş şüaları və D vitamini də sağlam və güclü bir immunitet sistemi üçün vacibdir. Yəni normal və sağlam qidalanma, oksigen, günəşli mühit və yaxşı bir yuxu-bütün bunlar immun sistemini gücləndirir.
İmmuniteti nələr gücləndirir? İmmuniteti qaldıran qidalar