Hepatit nədir? Hepatit — qaraciyərin iltihabıdır və əsasən virus mənşəli olur. Xəstəlik həm kəskin, həm də xroniki forma ala bilər. Ən çox rast gəlinən virus hepatitləri: A, B, C, D və E növləridir.
Hepatit A — fekal-oral yolla (çirkli su, qida) yoluxur. Adətən kəskin keçir və tam sağalma ilə nəticələnir. Peyvənd mövcuddur.
Hepatit B — qan, cinsi əlaqə və ana südü ilə keçə bilər. Xroniki formaya keçmə riski var. Qaraciyər sirrozu və xərçəngə yol aça bilər. Peyvəndlə qarşısı alına bilər.
Hepatit C — əsasən qan yolu ilə keçir. Xroniki olur və uzun müddət simptomsuz qala bilər. Müalicəsi mümkündür, lakin peyvəndi yoxdur.
Hepatit D — yalnız Hepatit B ilə birlikdə görülür. Ağır gedişli olur.
Hepatit E — əsasən çirkli su ilə yoluxur. Hamilə qadınlarda daha təhlükəlidir.