- Yanaqlarda ağrılı, qırmızımtıl ləkə, qızartının əmələ gəlməsi - Tənəffüsün fitverici olması - Təngnəfəslik - pilləkən çıxanda belə hiss olunur - Ürəkdə ağırlıq, nəbzin sürətlənməsi - Dərin nəfəs alma zamanı ağrı - Bədəni beldən çevirəndə döş qəfəsində ağrı
- Daim susuzluq hissi, ümumi zəiflik, gecələr tərləmə.
Uşaqlarda əsas əlamətləri:
- Uşağın aktivliyinin azalması, oynamır, yemir, yatmaq istəyir - Tərləmənin artması - Səbəbsiz ağlaması - Kürəyinə, sinəsinə, yanaqlarına toxunduqda ağrı hiss etməsi, narahat olması.
Bu əlamətləri indiki virus və qrip aktivliyi ərəfəsində uşaqda görsəniz, bir saat belə gözləmədən uşağı pediatra aparıb, ağciyərlərinin yoxlanmasını tələb edin.
Bu xəstəlikdə istənilən özünü sağaltmaq cəhdi, xalq təbabəti, hansısa dərman, kompres vaxt itirməkdir və ölümə yaxınlaşmaqdır.
Diaqnostikası:
Ağciyərlərin rentgeni, bronxoskopiya, kölgə və ocaq aşkarlananda KT, sidik, qan analizi, bəlğəmdən yaxma analizi, bakterioloji müayinə xəstəxanaya daxil olan kimi aparılmalıdır.
Pnevmoniyanı sadəcə ağciyərlərə qulaq asmaqla təyin etmək olmaz. Xəstə öskürmürsə də bu pnevmoniyanın olmaması demək deyil.
Müalicəsi:
Əgər pnevmoniya təsdiq olunsa, 4-6 saat ərzində antimikrob müalicəsinə başlanmalıdır. Xəstənin bronxlarındakı bəlğəmdən bakterioloji analiz götürülməli, hansı bakteriyaların törədici olması aşkarlanmalı və dərhal mikrob əleyhinə müasir müalicə metodları tətbiq olunmalıdır.
Xəstənin xilası üçün lazım olan vaxt əldən çıxsa, toksiki şok, miokardit, sepsis və sonda ölüm baş verir.
Müalicə dövründə xəstə fizioterapiya prosedurlarından, inhalyasiyadan keçməli, qidası sağlam, vitamin və zülalla zəngin olmalı, çoxlu maye qəbul etməlidir.