Bronxit nədir? Bronxit — ağciyərlərə hava daşıyan bronxial boruların iltihabıdır. Bu zaman selikli qişa qalınlaşır, çoxlu bəlğəm ifraz olunur və öskürək yaranır. Bronxit kəskin və xroniki olmaqla iki formada olur.
Kəskin bronxit adətən virus infeksiyası fonunda yaranır və bir neçə həftə davam edir. Adətən soyuqdəymə və qripdən sonra baş verir.
Xroniki bronxit isə aylarla, hətta illərlə davam edən, təkrarlanan öskürəklə müşayiət olunur.Əsas səbəblərindən biri siqaret çəkmək və çirkli hava ilə uzunmüddətli təmasdır.
Əlamətləri: - Davamlı öskürək - Bəlğəm ifrazı - Nəfəs darlığı - Hərarət və halsızlıq (kəskin formada)
Hansı halda həkimə müraciət etməliyik? 2 həftədən uzun sürən öskürək, qızdırma və nəfəs darlığı varsa, vaxt itirmədən həkimə müraciət edin. Erkən diaqnoz – düzgün müalicə deməkdir!
Klinikamızda bronxitin səbəbi müəyyən olunur, fərdi yanaşma ilə müalicə planı hazırlanır. Sağlam nəfəs üçün bizə müraciət edin!