Şəkərli diabet – müasir dövrün ən çox rast gəlinən, lakin düzgün yanaşma ilə idarə oluna bilən xroniki xəstəliklərindən biridir. Diabet yalnız qan şəkərinin yüksək olması deyil, həm də ürək, göz, böyrək və sinir sisteminə təsir edə biləcək ciddi bir sağlamlıq problemidir.
Diabetin Əlamətləri Sizdə Varsa, Gecikməyin:
- Sürətli arıqlama - Davamlı susuzluq hissi. - Tez-tez sidiyə çıxma - Yorğunluq və halsızlıq - Yaraların gec sağalması - Görmədə bulanıqlıq
Bu əlamətlər sizdə varsa, klinikamızda tam diaqnostik müayinə ilə riskləri erkən aşkar edə bilərsiniz.
Bizdə Nələr Tətbiq Olunur?
✅ Qan şəkəri və HbA1c yoxlamaları ✅ Endokrinoloq müayinəsi və fərdi müalicə planı ✅ Qidalanma üzrə dietoloq dəstəyi ✅ Aylıq nəzarət və təqib sistemi ✅ Komplikasiya risklərinin profilaktikası (böyrək, göz, sinir sistemi müayinələri)
Diabetlə Yaşamaq Mümkündür – Bizimlə Daha Asandır! Klinikamızda şəkərli diabetə yanaşma təkcə dərman müalicəsi ilə bitmir. Biz hər bir pasiyent üçün fərdi, davamlı və effektiv nəzarət planı hazırlayırıq. Hədəfimiz – yalnız qan şəkərini normallaşdırmaq deyil, həyat keyfiyyətinizi yüksəltməkdir.