Təcili tibbi yardım xidmətinə müraciət etdiyiniz andan etibarən təcrübəli və operativ təcili yardım komandamız qısa müddətdə xəstənin ünvanına çataraq, pasiyenti müayinə edir və lazım olan tibbi yardımı göstərir. Təcili tibbi yardım şöbəmiz müasir avadanlıqlarla təchiz olunmuşdur, diaqnostik-müalicəvi prosedurlar operativ və keyfiyyətlə həyata keçirilir.