Pediatriya
Bizə müraciət edən hər bir pasiyentə müvafiq müayinədən sonra ehtiyac olduqda laborator müayinələr, digər ixtisas həkimlərinin baxışı və diagnostik müayinələr təyin olunur. Yalnız bütün müayinələrin nəticəsində dəqiq diaqnoz təyin edilir və müalicəyə başlanılır.
Müalicə dövründə bütün pediatrik pasiyentlərimiz daim nəzarətdə saxlanılır, həkim və tibb bacıları tərəfindən onların klinik vəziyyəti, müalicənin effekti mütamadi yoxlanılır.
Klinikamızın pediatriya şöbəsinə 16 yaşına qədər uşaqlarda müşahidə edilən bütün şikayətlər və xəstəliklər zamanı bizə müraciət edə bilərsiniz:
- Yenidoğulmuşların müayinələri və 1 yaşa qədər aylıq rutin müayinələrinin aparılması
- Uşaqlarda böyümə və inkişafın dəyərləndirilməsi
- Peyvənd təqviminə uyğun peyvənd öncəsi müayinələr
- Pediatrik Check-up müayinələr
- AnemiyalarUşaqlarda göz xəstəlikləri
- Allergik xəstəliklər
- Uşaqlarda dəri xəstəlikləri
- Avitaminoz və hipervitaminozlar
- Qurd xəstəlikləri
- Mədə-bağırsaq sistemi xəstəlikləri
- Müxtəlif virus və bakterial mənşəli xəstəliklər
- Tənəffüs sistemi xəstəlikləri və s.
Klinikamızın pediatriya şöbəsinə uşaqlarda aşağıdaki hallar müşahidə edildikdə müraciət etmək xüsusilə tövsiyə olunur:
- Anemiya (qan azlığı)
- Uzun müddət davam edən iştahsızlıq
- Fiziki inkişafdan (boy, çəki) geriə qalma
- Reproduktiv və ya cinsi sağlamlıq
- tez-tez baş verən mədə-bağırsaq pozğunluqları
- səhərlər baş verən ürək bulanması və baş ağrıları (ciddi xəstəliklərin əlamətləri ola bilər)
- görmənin pozulması
- sidiyi saxlaya bilməmə (enurez)
- dəridə tez-tez baş verən səpgilər
- qida qəbulu ilə bağlı allergiyalar