• K. Kazımzadə 99, Bakı
  • Mon - Sat 9.00 - 18.00

Polikilinika

Kardiologiya

Klinikada yeni doğulmuş uşaqlardan tutmuş yaşlı nəslin nümayəndələrinə qədər hər yaşda olan insanlara ürək xəstəliklərinin diaqnostika və müalicəsi aparılır. Kardiologiya Şöbəsində aparılan kardioloji müayinələr EKQ, EXO-KQ ( Pediatrik EXO-KQ, Stress EXO-KQ )
EKQ – Ürək əzələsinin və keçirici sistemin funksiyasını araşdırmaq üçün ürəkdə əmələ gələn elektrik fəaliyyətinin yazılmasıdır. Bir axın yüksəldici tərəfindən yüksəldilən yığılmalar əsasən istiyə həssas kağız üzərinə yazılır. EQK ürək xəstəliklərinin aşkar olunmasında həkimin müayinə zamanı aşkar etdiyi nəticələrlə birlikdə dəyərləndirildiyində, digər təhlil və nəticələr ilə birlikdə nəzərə alınaraq xəstənin diaqnozunun düzgün qoyulmasında yardımçı ola bilər.
Stress Test – ürək damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini isbat edilməsi və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan anormallıqları təyin etmək üçün dəyərli bir müayinədir.

Onlayn qəbul

Make An Appointment