Andrologiya isə urologiyanın bir qolu olub kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olur (prostatit, prostat vəzinin adenoması, erektil disfunksiya, kişi sonsuzluğu və s.)
Cinsi inkişafın ləngiməsi, infeksion-iltihabı xəstəliklər, prostat vəzi xəstəlikləri, kişi sonsuzluğu və cinsi disfunksiya, cinsin dəyişdirilməsi və onkoandrologiya, həmçinin kişi sağlamlığının bir sıra digər problemləri ilə androloqlar və uroloqlar məşğul olur. Bu zaman müxtəlif laborator (spermoqramma, immunoloji, sitoloji, hormonal müayinələr, infeksion skrininq) və instrumental (rentgenoloji və USM və.s.) diaqnostika üsulları tətbiq edilir.
Müalicə mövcud olan problemlərin növündən asılı olaraq konservativ və ya cərrahi yolla (o cümlədən, bərpaedici, plastik cərrahiyənin köməyi ilə) aparılır.
Uniklinikanın Andrologiya şöbəsinə aşağıdakı hallarda müraciət etmək məsləhətdir:
cinsi zəiflik
ağrılı sidiyə getmə
cinsiyyət orqanında səpgi və ya yara
sidik yollarından ifrazat
qanlı sidik
xayalığın şişməsi
xayada kəskin və ya küt ağrı
sonsuzluq
yırtıq (qasıq nahiyəsində)
cinsi yolla keçən infeksiyalar (sifilis, qonorreya, ureaplasma, herpes və s.)