Etiket: wellness

May 29, 2014

Hər kəsin gözü bir neçə dəfə səyriyə bilər. Göz səyriməsi insanın özündən asılı olmayan əzələ hərəkətidir. Bəs bu halın baş verməsinə səbəb nədir? Bununla bağlı mütəxəssislərin rəyini təqdim edirik. Stress və yorğunluq əlaməti Göz səyriməsi əsasən əzələlərin yorulduğundan xəbər verir. Saatlarla gözlərinizi qırpmamısınızsa və yuxu vaxtınız keçibsə, göz qapaqlarınızdakı əzələlər zəifləməyə başlayır. Stressli və narahat olduğunuz zamanlarda da göz qapaqlarınızda ani bir adrenalin meydana gələ bilər. Çox kafein qəbulu Qəhvə, bəzi çaylar, enerji içkiləri və bir çox qazlı içkilərdə olan kafein bədənin yatıb dincəlməyin lazım olduğunu xəbər verən kimyəvi siqnalları rədd etməsinə səbəb olur. Yetərli miqdarda kafein sizi canlandırar, ancaq çoxu gözlərdəki kiçik əzələləri titrədir. Göz infeksiyası əlaməti Gözləriniz bir anda səyirməyə başladısa, konyuktivit kimi göz infeksiyası əlaməti ola bilər. Göz infeksiyalarında göz qızarar, iltihablanır və qaşınır. Bu qaşıntı və irritasiya göz ətrafına və göz qapaqla

Posted in Xəbərlər by admin | Tags: , , , ,