Etiket: Fotodermatit

Aprel 19, 2017

Bəzi insanlarda gün şüalarının təsirindən dəridə səpgilər, qızartı əmələ gəlir, dəri qaşının, qabıq verir. Əksər hallarda belə səpgilər və s. üzdə, bəzən bədəndə (əsasən sinədə, qollarda) əmələ gəlir. Bu hal “fotodermatit” və ya “fotodermatoz” adlandırılır. Belə hesab olunur ki, fotodermatit insanların 20%-ndə bu və ya digər formada özünü büruzə verir. Baxmayaraq ki, fotodermatit allergik reaksiyasına bənzəyir, bu allergiya deyil – gün şüalarında allergik komponent yoxdur. Bəs belə reaksiyanın səbəbi nədir? Əksər hallarda bunun səbəbi insanın dərisinin üzərində olan hər hansı maddə ilə gün şüalarının qarşılıqlı əlaqəsidir. Bunu izah edək. – Çiçəklənmə zamanı çəmən bitkiləri xüsusi maddələr ifraz edir. Bu maddələr dəriyə oturur və sonra ultrabənövşəyi şüalarının və bu maddələrin qarışılıqlı təsirindən dəri qızarır, səpir və qaşınır. – Əgər insan günə çıxdıqdan əvvəl dərisinə krem və ya məlhəm çəkibsə, ətir və ya dezodorant istifadə edibsə, bu da fotodermatitin inkişafına səbəb ola bilər. Kremlərin, ətirlərin, dezodor

Posted in Xəbərlər by orxan | Tags: , , ,