Kateqoriya: Xəbərlər

Aprel 19, 2017

Bəzi insanlarda gün şüalarının təsirindən dəridə səpgilər, qızartı əmələ gəlir, dəri qaşının, qabıq verir. Əksər hallarda belə səpgilər və s. üzdə, bəzən bədəndə (əsasən sinədə, qollarda) əmələ gəlir. Bu hal “fotodermatit” və ya “fotodermatoz” adlandırılır. Belə hesab olunur ki, fotodermatit insanların 20%-ndə bu və ya digər formada özünü büruzə verir. Baxmayaraq ki, fotodermatit allergik reaksiyasına bənzəyir, bu allergiya deyil – gün şüalarında allergik komponent yoxdur. Bəs belə reaksiyanın səbəbi nədir? Əksər hallarda bunun səbəbi insanın dərisinin üzərində olan hər hansı maddə ilə gün şüalarının qarşılıqlı əlaqəsidir. Bunu izah edək. – Çiçəklənmə zamanı çəmən bitkiləri xüsusi maddələr ifraz edir. Bu maddələr dəriyə oturur və sonra ultrabənövşəyi şüalarının və bu maddələrin qarışılıqlı təsirindən dəri qızarır, səpir və qaşınır. – Əgər insan günə çıxdıqdan əvvəl dərisinə krem və ya məlhəm çəkibsə, ətir və ya dezodorant istifadə edibsə, bu da fotodermatitin inkişafına səbəb ola bilər. Kremlərin, ətirlərin, dezodor

Posted in Xəbərlər by orxan | Tags: , , ,
Aprel 19, 2017

  İldən ilə xərçəng xəstəliyi hallarına daha tez-tez rast gəlmək olur. Bundan əlavə ildən ilə bu xəstəlik daha da “cavanlaşır”. Lakin tibb elmi sürətlə inkişaf edərək bu xəstəliyi ilkin mərhələlərdə aşkar etmək üçün yeni üsullar hazırlayır. Bu üsullardan biri onkomarker analizləridir. Onkomarkerlər nə deməkdir? Onkomarkerlər xüsusi zülallardı ki, xərçəng xəstələrinin qanında və ya sidiyində aşkar olunur. Xərçəng hüceyrələri xəstəliyin lap əvvəlində onkomarkerləri “istehsal edərək” qana ifraz edir ki, nəticədə xərçəng xəstəliyin diaqnostikası ilkin mərhələlərdə mümkün olur. Onu da nəzərinizə çatdıraq ki, yalnız bu analizlərin əsasında xərçəng xəstəliyinin diaqnozunu qoymaq mümkün deyil. Məsələ burasındadır ki, bəzi markerlər məhz müəyyən orqanlarının xərçəng xəstəliyi ilə zədələnməsini göstər, bəziləri isə müxtəlif orqanlarının xərçəng xəstəliyi zamanı aşkar olunur. Bəzi onkimarkerlərin yüksəlməsi bədxassəli deyil, xoşxassəli şişlər və digər xəstəliklər zamanı aşkar olunur. Lakin bu analizlərin şübhəsiz dəyəri bunda

Posted in Xəbərlər by orxan | Tags: , ,
Aprel 19, 2017

Körpələrin bir çoxu uyğunlaşmaya çətinlik çəkir. Bunların bir çox səbəbi ola bilər. Aclıq, qaz sıxışması, bilmədiyiniz bir narahatlıq və s. Əgər bütün şərtlər normaldırsa, uşağınız yenə də yatmamaq üçün dirəşə bilər. Körpə ana qarnında olan vəziyyətə alışdığı üçün dünyaya gəldikdən sonra adaptasiya olmaqda çətinlik çəkə bilər. Hamilə ikən doğumunuzun son aylarına doğru gündüzləri körpənizin hərəkətlərini ümumiyyətlə hiss etməzsiniz. Çünki hərəkət halındasınız və ana rəhmindəki körpə beşik kimi hərəkət halında olduğu üçün yatar. Ümumiyyətlə yelləyərək yuxuya getmələrinin asan olmasınında səbəbi budur. Gündüz uyğunlaşmaya çətinliyidə çəkməzlər. Gecələridə körpələr xasiyyətsiz və narahatdır. Bununda səbəbi gündüz hərəkət halında olan ana gecələri uzanıb, yatdığında körpənin daha rahat hərəkət etməsini asanlaşdırar. Körpə anadan olduqdan sonra bu nizama alışdığı və gecə gündüz anlayışınıda bilmədiyi üçün gecələri yatmaqda çətinlik çəkə bilər. Bunun üçün səbirli olmaq və bir çox fərqli üsul sınayaraq xüsusilə gecələri uyğunlaşm

Posted in Uncategorized, Xəbərlər by orxan | Tags: , ,
May 29, 2014

Hər kəsin gözü bir neçə dəfə səyriyə bilər. Göz səyriməsi insanın özündən asılı olmayan əzələ hərəkətidir. Bəs bu halın baş verməsinə səbəb nədir? Bununla bağlı mütəxəssislərin rəyini təqdim edirik. Stress və yorğunluq əlaməti Göz səyriməsi əsasən əzələlərin yorulduğundan xəbər verir. Saatlarla gözlərinizi qırpmamısınızsa və yuxu vaxtınız keçibsə, göz qapaqlarınızdakı əzələlər zəifləməyə başlayır. Stressli və narahat olduğunuz zamanlarda da göz qapaqlarınızda ani bir adrenalin meydana gələ bilər. Çox kafein qəbulu Qəhvə, bəzi çaylar, enerji içkiləri və bir çox qazlı içkilərdə olan kafein bədənin yatıb dincəlməyin lazım olduğunu xəbər verən kimyəvi siqnalları rədd etməsinə səbəb olur. Yetərli miqdarda kafein sizi canlandırar, ancaq çoxu gözlərdəki kiçik əzələləri titrədir. Göz infeksiyası əlaməti Gözləriniz bir anda səyirməyə başladısa, konyuktivit kimi göz infeksiyası əlaməti ola bilər. Göz infeksiyalarında göz qızarar, iltihablanır və qaşınır. Bu qaşıntı və irritasiya göz ətrafına və göz qapaqla

Posted in Xəbərlər by admin | Tags: , , , ,