Dr. Afər Allahverdiyev

Dr. Afər Allahverdiyev
  • 1989-1990 cı illərdə 3 saylı  Şəhər  Klinik  Xəstəxanasında  kiçik  tibb  işçisi vəzifəsində çalışıb
  • 1996-cı ildən 1998-ci ilə kimi ATU-nin  Neyrocərrahiyyə  kursunda klinik ordinatura keçib.
  • 1999-2001-ci illərdə ATU-nin Neyrocərrahiyyə kursunda aspiranturada olub. Aspiranturanı  “Bel-oma diskogen mənşəli radikulitlərin diaqnostika, klinika  və  cərrahi  müalicəsinin  müasir  aspektləri” mövzusunda  dissertasiya  işini  müdafiə  edib.
  • 2002-ci ildən bu gunədək ATU-nin Neyrocərrahiyyə  kafedrasının   assistenti vəzifəsində  çalışır. Bu  müddətdə  mən  bir-neçə  xarici  dövlətdə  (“Rusiya Federasiyası  Moskva  şəhəri  N.N.Burdenko adına  Neyrocərrahiyyə  İnstitutu”, “Ukrayna  Kiev  şəhəri  Romodanov  adına  Neyrocərrahiyyə  İnstitutu”, “Türkiyə  Ankara  şəhəri Hacet  Tepe  Universiteti”, Almaniya  Berlin  şəhəri  Vivantes  klinikası”, Türkiyə  İstanbul  şəhəri  Anadolu  Sağlıq  Mərkəzi”)  ixtisasartırma  kursları  keçib.  Kafedrada  işlədiyi  müddətdə  tədris  prosesi  üçün  metodik  materialların  hazırlanmasında  fəal iştirak edib.
  • 20  elmi  məqalə  və  çoxsaylı  tezislərin  müəllifi  və  həmmüəllifidir.
  • Bu  günədək  Azərbaycan  Respublikasının  özəl  tibb  müəssisələrində (Caspian  Hospital, Xəzər  klinikası, Lanset  klinikası, City Hospital, Baku  Medical Plaza, Oki  klinikası, Oksigen  klinikası)  müxtəlif  neyroccərrahi  əməliyyatlarını  icraçısıdır.
  • Hazırda Uniklinikada çalışır
bölmələr: Bel Yırtığı Əməliyyatları
vəzifə: Neyrocərrah