“Onkomarker” nə deməkdir?

Aprel 19, 2017

 

İldən ilə xərçəng xəstəliyi hallarına daha tez-tez rast gəlmək olur. Bundan əlavə ildən ilə bu xəstəlik daha da “cavanlaşır”.

Lakin tibb elmi sürətlə inkişaf edərək bu xəstəliyi ilkin mərhələlərdə aşkar etmək üçün yeni üsullar hazırlayır. Bu üsullardan biri onkomarker analizləridir.

Onkomarkerlər nə deməkdir? Onkomarkerlər xüsusi zülallardı ki, xərçəng xəstələrinin qanında və ya sidiyində aşkar olunur. Xərçəng hüceyrələri xəstəliyin lap əvvəlində onkomarkerləri “istehsal edərək” qana ifraz edir ki, nəticədə xərçəng xəstəliyin diaqnostikası ilkin mərhələlərdə mümkün olur.

Onu da nəzərinizə çatdıraq ki, yalnız bu analizlərin əsasında xərçəng xəstəliyinin diaqnozunu qoymaq mümkün deyil. Məsələ burasındadır ki, bəzi markerlər məhz müəyyən orqanlarının xərçəng xəstəliyi ilə zədələnməsini göstər, bəziləri isə müxtəlif orqanlarının xərçəng xəstəliyi zamanı aşkar olunur. Bəzi onkimarkerlərin yüksəlməsi bədxassəli deyil, xoşxassəli şişlər və digər xəstəliklər zamanı aşkar olunur.

Lakin bu analizlərin şübhəsiz dəyəri bundadır ki, onlar xərçəng xəstəliyindən şübhələnməyə və ya belə şübhələr olduqda onları rədd etməyə imkan yaradır. Bundan əlavə bu analizlər aparılan müalicənin effektivliyini qiymətləndirməyə imkan verir.

Əsas onkomarkerlən təxminən 20 dənədir. Bunların bəziləri ilə sizi tanış edək.

Alfafetoprotein onkomarkeri

Alfafetoprotein onkomarkerinin normadan artıq yüksəlməsi bu kimi xəstəliklərindən xəbər verə bilər: qara ciyər xərçəngi, digər bədxassəli şişlərinin (süd vəziləri xərçəngi, ağ ciyər xərçəngi zamanı) qara ciyərə metastaz etməsi, xayalar, yumurtalıqlar, mədə, yoğun bağırsaq, süd vəziləri xərşəngi.

Prostat spesifik antigen (PSA)

PSA onkomarkerin yüksəlməsi bu kimi xəstəliklər zamanı mümkündür: prostat vəzisinin xərçəngi, ağ ciyər xərçəngi, düz bağırsağın xərçəngi, böyrək xərçəngi və s.

SA 125

Yüksəlməsi yumurtalıqlar, uşaqlıq, endometrium, süd vəziləri, mədəaltı vəzi, qara ciyər, mədə və s. orqanlarda olan xərçəng xəstəliklərindən xəbər verə bilər.

SA 15-3

Yüksəlməsi süd vəziləri, mədə, qara ciyər, mədəaltı vəzi, yumurtalıqlar, uşaqlıq və s. xərçəng xəstəliklərini göstərə bilər.

SA 19-9

Yüksəlməsi mədəaltı vəzi, öd kisəsi, qara ciyər, mədə, süd vəziləri, yumurtalıqlar, uşaqlıq, bağırsaqlar və s. orqanlarda olan xərçəng xəstəliklərindən xəbər verə bilər.

SA 242

Mədəaltı vəzi, mədə-bağırsaq traktı, müxtəlif karsinomalar zamanı yüksələ bilər.

XEA (xərçəng-embrional antiqen)

Mədə, yoğun və düz bağırsaq, ağ ciyər, süd vəziləri, yumurtalıqlar, uşaqlıq, prostat vəzisi xərçəngi zamanı yüksələ bilər.

XH (xorionik honadotropin)

Xayalar, yumurtalıqlar, mədə, qara ciyər, nazik bağırsaq, böyrək, süd vəziləri, uşaqlıq və s. xərçəng xəstəlikləri zamanı yüksələ bilər.

Posted in Xəbərlər by orxan | Tags: , ,