Haqqımızda

Uniklinika sizə xüsusi xidmətlərini təqdim edir

Daim müştərilərini düşünərək fəaliyyət göstərən klinikamız beynəlxalq standartlara uyğun sağlıq xidmətini ölkəmizə gətirir.

Hazırda Uniklinika-da  reanimasiya, laminar hava axını ilə təchiz olunmuş əməliyyat otağı ilə tibbi xidmət verilir. Önümüzdəki dövrdə dünyada ən qabaqcıl standartları hədəfləyərək verdiyimiz xidmətləri inkişaf etdirməyi davam edəcəyik. Biz, xaricdə yüksək səviyyəli tibbi təhsil almış yerli həkimlər və tanınmış əcnəbi mütəxəssislər, yüksək tibbi xidmətimiz, müasir tibbi avadanlıqlarımız ilə ölkədən kənarda müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundayıq.

Uniklinika sizə yüksək səviyyədə stasionar və ambulator xidmətlərini təqdim etməkdədir.

  • Klinikamızda bütün zəruri avadanlıqlarla təchiz edilmiş Pediatriya şöbəsi xidmətinizdədir;
  • Qadın və Kişi Sonsuzluğu Mərkəzində  kişi və qadın sonsuzluqlarının müalicəsi Türkiyənin məhşur klinikaları ilə birlikdə uğurla həyata keçirilməkdədir;
  • Qastroenteroloji Mərkəzdə mədə-bağırsaq, hepatit, ERCP xəstəlikləri müalicə olunur, qastroskopiya, bronxoskopiya və kolonoskopiya kimi müayinələr aparılır;
  • Nevroloji və İflic mərkəzində EEQ, EMQ, Serebral angio, Parkinson, Baş ağrısı – Miqren, Vertiqo, Epilepsiya, Alzheimer kimi xəstəliklər müayinə və müalicə olunmaqdadır;
  • Ümumi Cərrahiyyə Mərkəzində hər cür Abdomen, endokrin, laparoskopik cərrahiyyəsi, təcili  əməliyyatlar aparılır.
  • QBB bölümündə QBB cərrahiyyəsi, qulaq, burun və boğaz xəstəliklərinin müalicəsi aparılır, eşitmə problemləri əməliyyatları, endoskopik üsulla sinus cərrahiyyəsi və s. kimi xidmətlər göstərilməkdədir;
  • Neyrocərrahiyyə Mərkəzində hər cür spinal əməliyyatlar, bağlı üsulla edilən ağrı müalicələri, beyin qanama əməliyyatları, beyin şişi əməliyyatları edilir. Əməliyyatlarımızda mikroskop və pnevmotik mühərrik sistemləri kimi qabaqcıl texnologiyalardan istifadə edilməkdədir;
  • Klinikamızın Fizioterapiya və Reabilitasiya bölümündə ən müasir avadanlıqlar vasitəsi ilə müalicə olunur;
  • Uroloji bölümüzdə hər növ urolojik xəstəliklərin müayinə və müalicəsi, həmçinin uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir;
  • Ortopediya və Travmatologiya bölümündə oynaq, sümük xəstəliklərinin müalicəsi və əməliyyatları olunur, təcili yardım servisinə travmatoloji xəstələr qəbul olunur;
  • Klinikamızın hər iki filialında Damar cərrahiyyəsi şöbəsi xidmət göstərməkdərdir. Bölümdə damar xəstəliklərinin müalicəsi, əməliyyatları (skleroterapiya, lazer üsulu və s.) olunmaqdadır.
  • Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə bölümündə hər növ plastik və rekonstruktiv əməliyyatlar, saç əkimi, liposaksiya, abdomenoplastika və digər əməliyyatlar həyata keçirilir.
  • Endokrinoloji bölümdə qalxanabənzər vəzi xəstəlikləri, hipofiz xəstəlikləri, paratiroid  xəstəlikləri, mədəaltı vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, tüklənmə – hirsutizm və s. xəstəliklər müalicə olunur.
  • Klinikanın Radioloji şöbəsində 64 slice KT (KT angio), MRT, 3D, 4D, Doppler USM, Digital rentgen vasitəsi ilə diaqnostika aparılır.
  • Təcilli Yardım servisində iflic, koma, infarkt – ürək çatışmamazlığı, travmalar (o cümlədən qəza sonrası), beyin qansızması, cərəyan vurması, həzm və tənəffüs sistemi problemləri, kiçik cərrahi müdaxilələr (yaraların tikilməsi, dəri və dərialtı törəmələrin çıxarılması və s.) aparılır, ilkin neonatal və pediatrik yardım göstərilir.
  • Laboratoriyamızda 24 saat ərzində tam avtomatlaşdırılmış müasir cihazlar vasitəsi ilə hər növ analizlər aparılır, cavabların alınması üçün e-nəticə sistemi fəaliyyət göstərir.

Sağlamlığınızla bağlı şikayətiniz var?
Vaxt itirmədən bizə müraciət edin, təcrübəli həkimlərimiz sizə ən uyğun olan müayinə və müalicəni təmin edəcəkdir